نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2001 | 16 | 100 | إنما سلطانه على الذين يتولونه والذين هم به مشركون |
| | | Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) |
|
2002 | 16 | 101 | وإذا بدلنا آية مكان آية والله أعلم بما ينزل قالوا إنما أنت مفتر بل أكثرهم لا يعلمون |
| | | Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir – (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz! |
|
2003 | 16 | 102 | قل نزله روح القدس من ربك بالحق ليثبت الذين آمنوا وهدى وبشرى للمسلمين |
| | | (Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” |
|
2004 | 16 | 103 | ولقد نعلم أنهم يقولون إنما يعلمه بشر لسان الذي يلحدون إليه أعجمي وهذا لسان عربي مبين |
| | | Biz (müşriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!) |
|
2005 | 16 | 104 | إن الذين لا يؤمنون بآيات الله لا يهديهم الله ولهم عذاب أليم |
| | | Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları (axirətdə) şiddətli bir əzab gözləyir! |
|
2006 | 16 | 105 | إنما يفتري الكذب الذين لا يؤمنون بآيات الله وأولئك هم الكاذبون |
| | | Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar! |
|
2007 | 16 | 106 | من كفر بالله من بعد إيمانه إلا من أكره وقلبه مطمئن بالإيمان ولكن من شرح بالكفر صدرا فعليهم غضب من الله ولهم عذاب عظيم |
| | | Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar! |
|
2008 | 16 | 107 | ذلك بأنهم استحبوا الحياة الدنيا على الآخرة وأن الله لا يهدي القوم الكافرين |
| | | Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz! |
|
2009 | 16 | 108 | أولئك الذين طبع الله على قلوبهم وسمعهم وأبصارهم وأولئك هم الغافلون |
| | | Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər! |
|
2010 | 16 | 109 | لا جرم أنهم في الآخرة هم الخاسرون |
| | | Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! |
|