نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1979 | 16 | 78 | والله أخرجكم من بطون أمهاتكم لا تعلمون شيئا وجعل لكم السمع والأبصار والأفئدة لعلكم تشكرون |
| | | Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz! |
|
1980 | 16 | 79 | ألم يروا إلى الطير مسخرات في جو السماء ما يمسكهن إلا الله إن في ذلك لآيات لقوم يؤمنون |
| | | Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda mö’minlər üçün ibrətlər vardır! |
|
1981 | 16 | 80 | والله جعل لكم من بيوتكم سكنا وجعل لكم من جلود الأنعام بيوتا تستخفونها يوم ظعنكم ويوم إقامتكم ومن أصوافها وأوبارها وأشعارها أثاثا ومتاعا إلى حين |
| | | Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi. |
|
1982 | 16 | 81 | والله جعل لكم مما خلق ظلالا وجعل لكم من الجبال أكنانا وجعل لكم سرابيل تقيكم الحر وسرابيل تقيكم بأسكم كذلك يتم نعمته عليكم لعلكم تسلمون |
| | | Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah ne’mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)! |
|
1983 | 16 | 82 | فإن تولوا فإنما عليك البلاغ المبين |
| | | (Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir! |
|
1984 | 16 | 83 | يعرفون نعمت الله ثم ينكرونها وأكثرهم الكافرون |
| | | Onlar Allahın ne’mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir. |
|
1985 | 16 | 84 | ويوم نبعث من كل أمة شهيدا ثم لا يؤذن للذين كفروا ولا هم يستعتبون |
| | | Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar mö’minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə) izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir! |
|
1986 | 16 | 85 | وإذا رأى الذين ظلموا العذاب فلا يخفف عنهم ولا هم ينظرون |
| | | Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir! |
|
1987 | 16 | 86 | وإذا رأى الذين أشركوا شركاءهم قالوا ربنا هؤلاء شركاؤنا الذين كنا ندعو من دونك فألقوا إليهم القول إنكم لكاذبون |
| | | Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!” – deyəcəklər. (Bütlər də) onlara: “Siz əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa də’vət etməmişdik!)” – deyə cavab verəcəklər. |
|
1988 | 16 | 87 | وألقوا إلى الله يومئذ السلم وضل عنهم ما كانوا يفترون |
| | | (Müşriklər) o gün (günahlarını e’tiraf edərək) Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar! |
|