نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1821 | 15 | 19 | والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون |
| | | Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik. |
|
1822 | 15 | 20 | وجعلنا لكم فيها معايش ومن لستم له برازقين |
| | | Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir). |
|
1823 | 15 | 21 | وإن من شيء إلا عندنا خزائنه وما ننزله إلا بقدر معلوم |
| | | (Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə mə’lumdur). |
|
1824 | 15 | 22 | وأرسلنا الرياح لواقح فأنزلنا من السماء ماء فأسقيناكموه وما أنتم له بخازنين |
| | | Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar). |
|
1825 | 15 | 23 | وإنا لنحن نحيي ونميت ونحن الوارثون |
| | | Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik!) |
|
1826 | 15 | 24 | ولقد علمنا المستقدمين منكم ولقد علمنا المستأخرين |
| | | Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!) |
|
1827 | 15 | 25 | وإن ربك هو يحشرهم إنه حكيم عليم |
| | | Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir! |
|
1828 | 15 | 26 | ولقد خلقنا الإنسان من صلصال من حمإ مسنون |
| | | Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq! |
|
1829 | 15 | 27 | والجان خلقناه من قبل من نار السموم |
| | | (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. |
|
1830 | 15 | 28 | وإذ قال ربك للملائكة إني خالق بشرا من صلصال من حمإ مسنون |
| | | (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam! |
|