نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1791 | 14 | 41 | ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب |
| | | Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” |
|
1792 | 14 | 42 | ولا تحسبن الله غافلا عما يعمل الظالمون إنما يؤخرهم ليوم تشخص فيه الأبصار |
| | | Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. |
|
1793 | 14 | 43 | مهطعين مقنعي رءوسهم لا يرتد إليهم طرفهم وأفئدتهم هواء |
| | | O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaqdır (qorxudan bütün başqa duyğulardan xali olacaqdır). |
|
1794 | 14 | 44 | وأنذر الناس يوم يأتيهم العذاب فيقول الذين ظلموا ربنا أخرنا إلى أجل قريب نجب دعوتك ونتبع الرسل أولم تكونوا أقسمتم من قبل ما لكم من زوال |
| | | İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. Onlara deyiləcəkdir: “Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz barədə and içməmişdiniz?! |
|
1795 | 14 | 45 | وسكنتم في مساكن الذين ظلموا أنفسهم وتبين لكم كيف فعلنا بهم وضربنا لكم الأمثال |
| | | Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”. |
|
1796 | 14 | 46 | وقد مكروا مكرهم وعند الله مكرهم وإن كان مكرهم لتزول منه الجبال |
| | | Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. |
|
1797 | 14 | 47 | فلا تحسبن الله مخلف وعده رسله إن الله عزيز ذو انتقام |
| | | Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. |
|
1798 | 14 | 48 | يوم تبدل الأرض غير الأرض والسماوات وبرزوا لله الواحد القهار |
| | | O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar. |
|
1799 | 14 | 49 | وترى المجرمين يومئذ مقرنين في الأصفاد |
| | | O gün günahkarları zəncirlənmiş görəcəksən. |
|
1800 | 14 | 50 | سرابيلهم من قطران وتغشى وجوههم النار |
| | | Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. |
|