نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1566 | 11 | 93 | ويا قوم اعملوا على مكانتكم إني عامل سوف تعلمون من يأتيه عذاب يخزيه ومن هو كاذب وارتقبوا إني معكم رقيب |
| | | Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”. |
|
1567 | 11 | 94 | ولما جاء أمرنا نجينا شعيبا والذين آمنوا معه برحمة منا وأخذت الذين ظلموا الصيحة فأصبحوا في ديارهم جاثمين |
| | | Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. |
|
1568 | 11 | 95 | كأن لم يغنوا فيها ألا بعدا لمدين كما بعدت ثمود |
| | | Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun! |
|
1569 | 11 | 96 | ولقد أرسلنا موسى بآياتنا وسلطان مبين |
| | | Biz Musanı möcüzlərimizlə və aydın bir dəlillə elçi göndərdik – |
|
1570 | 11 | 97 | إلى فرعون وملئه فاتبعوا أمر فرعون وما أمر فرعون برشيد |
| | | Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi. |
|
1571 | 11 | 98 | يقدم قومه يوم القيامة فأوردهم النار وبئس الورد المورود |
| | | Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir! |
|
1572 | 11 | 99 | وأتبعوا في هذه لعنة ويوم القيامة بئس الرفد المرفود |
| | | Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır! |
|
1573 | 11 | 100 | ذلك من أنباء القرى نقصه عليك منها قائم وحصيد |
| | | Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da. |
|
1574 | 11 | 101 | وما ظلمناهم ولكن ظلموا أنفسهم فما أغنت عنهم آلهتهم التي يدعون من دون الله من شيء لما جاء أمر ربك وما زادوهم غير تتبيب |
| | | Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. Bütlər onların ancaq tələfatını artırdı. |
|
1575 | 11 | 102 | وكذلك أخذ ربك إذا أخذ القرى وهي ظالمة إن أخذه أليم شديد |
| | | Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir. |
|