نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
1291 | 9 | 56 | ويحلفون بالله إنهم لمنكم وما هم منكم ولكنهم قوم يفرقون |
| | | Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. |
|
1292 | 9 | 57 | لو يجدون ملجأ أو مغارات أو مدخلا لولوا إليه وهم يجمحون |
| | | Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər. |
|
1293 | 9 | 58 | ومنهم من يلمزك في الصدقات فإن أعطوا منها رضوا وإن لم يعطوا منها إذا هم يسخطون |
| | | Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. |
|
1294 | 9 | 59 | ولو أنهم رضوا ما آتاهم الله ورسوله وقالوا حسبنا الله سيؤتينا الله من فضله ورسوله إنا إلى الله راغبون |
| | | Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– deyəydilər. |
|
1295 | 9 | 60 | إنما الصدقات للفقراء والمساكين والعاملين عليها والمؤلفة قلوبهم وفي الرقاب والغارمين وفي سبيل الله وابن السبيل فريضة من الله والله عليم حكيم |
| | | Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. |
|
1296 | 9 | 61 | ومنهم الذين يؤذون النبي ويقولون هو أذن قل أذن خير لكم يؤمن بالله ويؤمن للمؤمنين ورحمة للذين آمنوا منكم والذين يؤذون رسول الله لهم عذاب أليم |
| | | Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “O hər sözü eşidən bir qulaqdır!”- deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır. |
|
1297 | 9 | 62 | يحلفون بالله لكم ليرضوكم والله ورسوله أحق أن يرضوه إن كانوا مؤمنين |
| | | Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır. |
|
1298 | 9 | 63 | ألم يعلموا أنه من يحادد الله ورسوله فأن له نار جهنم خالدا فيها ذلك الخزي العظيم |
| | | Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır. |
|
1299 | 9 | 64 | يحذر المنافقون أن تنزل عليهم سورة تنبئهم بما في قلوبهم قل استهزئوا إن الله مخرج ما تحذرون |
| | | Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”. |
|
1300 | 9 | 65 | ولئن سألتهم ليقولن إنما كنا نخوض ونلعب قل أبالله وآياته ورسوله كنتم تستهزئون |
| | | Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? |
|