نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
958 | 7 | 4 | وكم من قرية أهلكناها فجاءها بأسنا بياتا أو هم قائلون |
| | | Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. |
|
959 | 7 | 5 | فما كان دعواهم إذ جاءهم بأسنا إلا أن قالوا إنا كنا ظالمين |
| | | Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı. |
|
960 | 7 | 6 | فلنسألن الذين أرسل إليهم ولنسألن المرسلين |
| | | Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. |
|
961 | 7 | 7 | فلنقصن عليهم بعلم وما كنا غائبين |
| | | Onlara etdikləri əməlləri barədə Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik. |
|
962 | 7 | 8 | والوزن يومئذ الحق فمن ثقلت موازينه فأولئك هم المفلحون |
| | | O gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır. |
|
963 | 7 | 9 | ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم بما كانوا بآياتنا يظلمون |
| | | Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır. |
|
964 | 7 | 10 | ولقد مكناكم في الأرض وجعلنا لكم فيها معايش قليلا ما تشكرون |
| | | Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz! |
|
965 | 7 | 11 | ولقد خلقناكم ثم صورناكم ثم قلنا للملائكة اسجدوا لآدم فسجدوا إلا إبليس لم يكن من الساجدين |
| | | Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. |
|
966 | 7 | 12 | قال ما منعك ألا تسجد إذ أمرتك قال أنا خير منه خلقتني من نار وخلقته من طين |
| | | Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” |
|
967 | 7 | 13 | قال فاهبط منها فما يكون لك أن تتكبر فيها فاخرج إنك من الصاغرين |
| | | Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”. |
|