نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
748 | 5 | 79 | كانوا لا يتناهون عن منكر فعلوه لبئس ما كانوا يفعلون |
| | | Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir! |
|
749 | 5 | 80 | ترى كثيرا منهم يتولون الذين كفروا لبئس ما قدمت لهم أنفسهم أن سخط الله عليهم وفي العذاب هم خالدون |
| | | Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. |
|
750 | 5 | 81 | ولو كانوا يؤمنون بالله والنبي وما أنزل إليه ما اتخذوهم أولياء ولكن كثيرا منهم فاسقون |
| | | Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkarlardır. |
|
751 | 5 | 82 | لتجدن أشد الناس عداوة للذين آمنوا اليهود والذين أشركوا ولتجدن أقربهم مودة للذين آمنوا الذين قالوا إنا نصارى ذلك بأن منهم قسيسين ورهبانا وأنهم لا يستكبرون |
| | | Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. |
|
752 | 5 | 83 | وإذا سمعوا ما أنزل إلى الرسول ترى أعينهم تفيض من الدمع مما عرفوا من الحق يقولون ربنا آمنا فاكتبنا مع الشاهدين |
| | | Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! |
|
753 | 5 | 84 | وما لنا لا نؤمن بالله وما جاءنا من الحق ونطمع أن يدخلنا ربنا مع القوم الصالحين |
| | | Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik”. |
|
754 | 5 | 85 | فأثابهم الله بما قالوا جنات تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء المحسنين |
| | | Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. |
|
755 | 5 | 86 | والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب الجحيم |
| | | Kafir olub ayələrimizi yalan sayanlar Cəhənnəm sakinləridirlər. |
|
756 | 5 | 87 | يا أيها الذين آمنوا لا تحرموا طيبات ما أحل الله لكم ولا تعتدوا إن الله لا يحب المعتدين |
| | | Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. |
|
757 | 5 | 88 | وكلوا مما رزقكم الله حلالا طيبا واتقوا الله الذي أنتم به مؤمنون |
| | | Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun! |
|