نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
636 | 4 | 143 | مذبذبين بين ذلك لا إلى هؤلاء ولا إلى هؤلاء ومن يضلل الله فلن تجد له سبيلا |
| | | (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (mö’minlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən! |
|
637 | 4 | 144 | يا أيها الذين آمنوا لا تتخذوا الكافرين أولياء من دون المؤمنين أتريدون أن تجعلوا لله عليكم سلطانا مبينا |
| | | Ey iman gətirənlər! Mö’minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? |
|
638 | 4 | 145 | إن المنافقين في الدرك الأسفل من النار ولن تجد لهم نصيرا |
| | | (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan! |
|
639 | 4 | 146 | إلا الذين تابوا وأصلحوا واعتصموا بالله وأخلصوا دينهم لله فأولئك مع المؤمنين وسوف يؤت الله المؤمنين أجرا عظيما |
| | | Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (e’tiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar mö’minlərə bərabərdirlər. Mö’minlərə isə Allah böyük mükafat verəcəkdir! |
|
640 | 4 | 147 | ما يفعل الله بعذابكم إن شكرتم وآمنتم وكان الله شاكرا عليما |
| | | Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir! |
|
641 | 4 | 148 | لا يحب الله الجهر بالسوء من القول إلا من ظلم وكان الله سميعا عليما |
| | | Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir! |
|
642 | 4 | 149 | إن تبدوا خيرا أو تخفوه أو تعفوا عن سوء فإن الله كان عفوا قديرا |
| | | Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! |
|
643 | 4 | 150 | إن الذين يكفرون بالله ورسله ويريدون أن يفرقوا بين الله ورسله ويقولون نؤمن ببعض ونكفر ببعض ويريدون أن يتخذوا بين ذلك سبيلا |
| | | Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bə’zisinə inanır, bə’zilərinə isə inanmırıq”,- deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər - |
|
644 | 4 | 151 | أولئك هم الكافرون حقا وأعتدنا للكافرين عذابا مهينا |
| | | Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq! |
|
645 | 4 | 152 | والذين آمنوا بالله ورسله ولم يفرقوا بين أحد منهم أولئك سوف يؤتيهم أجورهم وكان الله غفورا رحيما |
| | | Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir! |
|