نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
623 | 4 | 130 | وإن يتفرقا يغن الله كلا من سعته وكان الله واسعا حكيما |
| | | Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah hər şeyi Əhatəedəndir, Müdrikdir. |
|
624 | 4 | 131 | ولله ما في السماوات وما في الأرض ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله وإن تكفروا فإن لله ما في السماوات وما في الأرض وكان الله غنيا حميدا |
| | | Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allaha küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. |
|
625 | 4 | 132 | ولله ما في السماوات وما في الأرض وكفى بالله وكيلا |
| | | Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər. |
|
626 | 4 | 133 | إن يشأ يذهبكم أيها الناس ويأت بآخرين وكان الله على ذلك قديرا |
| | | Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib yerinizə başqalarını gətirər. Allah buna qadirdir. |
|
627 | 4 | 134 | من كان يريد ثواب الدنيا فعند الله ثواب الدنيا والآخرة وكان الله سميعا بصيرا |
| | | Hər kəs dünya mükafatını istərsə, bilsin ki, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Allah Eşidəndir, Görəndir. |
|
628 | 4 | 135 | يا أيها الذين آمنوا كونوا قوامين بالقسط شهداء لله ولو على أنفسكم أو الوالدين والأقربين إن يكن غنيا أو فقيرا فالله أولى بهما فلا تتبعوا الهوى أن تعدلوا وإن تلووا أو تعرضوا فإن الله كان بما تعملون خبيرا |
| | | Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. |
|
629 | 4 | 136 | يا أيها الذين آمنوا آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر فقد ضل ضلالا بعيدا |
| | | Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür. |
|
630 | 4 | 137 | إن الذين آمنوا ثم كفروا ثم آمنوا ثم كفروا ثم ازدادوا كفرا لم يكن الله ليغفر لهم ولا ليهديهم سبيلا |
| | | Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir. |
|
631 | 4 | 138 | بشر المنافقين بأن لهم عذابا أليما |
| | | Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır. |
|
632 | 4 | 139 | الذين يتخذون الكافرين أولياء من دون المؤمنين أيبتغون عندهم العزة فإن العزة لله جميعا |
| | | Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. |
|