نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6214 | 110 | 1 | بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح |
| | | (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; |
|
6215 | 110 | 2 | ورأيت الناس يدخلون في دين الله أفواجا |
| | | İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman |
|
6216 | 110 | 3 | فسبح بحمد ربك واستغفره إنه كان توابا |
| | | Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! |
|
6217 | 111 | 1 | بسم الله الرحمن الرحيم تبت يدا أبي لهب وتب |
| | | Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!) |
|
6218 | 111 | 2 | ما أغنى عنه ماله وما كسب |
| | | (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı). |
|
6219 | 111 | 3 | سيصلى نارا ذات لهب |
| | | O, alovlu atəşə girəcəkdir. |
|
6220 | 111 | 4 | وامرأته حمالة الحطب |
| | | Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin! |
|
6221 | 111 | 5 | في جيدها حبل من مسد |
| | | Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır! |
|
6222 | 112 | 1 | بسم الله الرحمن الرحيم قل هو الله أحد |
| | | (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); |
|
6223 | 112 | 2 | الله الصمد |
| | | Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) |
|