نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6205 | 108 | 1 | بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر |
| | | (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik! |
|
6206 | 108 | 2 | فصل لربك وانحر |
| | | Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! |
|
6207 | 108 | 3 | إن شانئك هو الأبتر |
| | | (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!) |
|
6208 | 109 | 1 | بسم الله الرحمن الرحيم قل يا أيها الكافرون |
| | | (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər! |
|
6209 | 109 | 2 | لا أعبد ما تعبدون |
| | | Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! |
|
6210 | 109 | 3 | ولا أنتم عابدون ما أعبد |
| | | Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz! |
|
6211 | 109 | 4 | ولا أنا عابد ما عبدتم |
| | | Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! |
|
6212 | 109 | 5 | ولا أنتم عابدون ما أعبد |
| | | Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! |
|
6213 | 109 | 6 | لكم دينكم ولي دين |
| | | Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!” |
|
6214 | 110 | 1 | بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح |
| | | (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; |
|