نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6186 | 104 | 7 | التي تطلع على الأفئدة |
| | | Elə bir od ki, ürəkləri yandırıb-yaxar. |
|
6187 | 104 | 8 | إنها عليهم مؤصدة |
| | | O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. |
|
6188 | 104 | 9 | في عمد ممددة |
| | | Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! |
|
6189 | 105 | 1 | بسم الله الرحمن الرحيم ألم تر كيف فعل ربك بأصحاب الفيل |
| | | (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! |
|
6190 | 105 | 2 | ألم يجعل كيدهم في تضليل |
| | | Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! |
|
6191 | 105 | 3 | وأرسل عليهم طيرا أبابيل |
| | | Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. |
|
6192 | 105 | 4 | ترميهم بحجارة من سجيل |
| | | (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. |
|
6193 | 105 | 5 | فجعلهم كعصف مأكول |
| | | (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! |
|
6194 | 106 | 1 | بسم الله الرحمن الرحيم لإيلاف قريش |
| | | (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə, |
|
6195 | 106 | 2 | إيلافهم رحلة الشتاء والصيف |
| | | Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə. |
|