نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6175 | 102 | 7 | ثم لترونها عين اليقين |
| | | Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz! |
|
6176 | 102 | 8 | ثم لتسألن يومئذ عن النعيم |
| | | Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! |
|
6177 | 103 | 1 | بسم الله الرحمن الرحيم والعصر |
| | | And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, |
|
6178 | 103 | 2 | إن الإنسان لفي خسر |
| | | İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? |
|
6179 | 103 | 3 | إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر |
| | | Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) |
|
6180 | 104 | 1 | بسم الله الرحمن الرحيم ويل لكل همزة لمزة |
| | | (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına! |
|
6181 | 104 | 2 | الذي جمع مالا وعدده |
| | | O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). |
|
6182 | 104 | 3 | يحسب أن ماله أخلده |
| | | Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. |
|
6183 | 104 | 4 | كلا لينبذن في الحطمة |
| | | Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! |
|
6184 | 104 | 5 | وما أدراك ما الحطمة |
| | | Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! |
|