نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6167 | 101 | 10 | وما أدراك ما هيه |
| | | Sən nə bilirsən ki, o (Haviyə) nədir?! |
|
6168 | 101 | 11 | نار حامية |
| | | O çox qızmar bir atəşdir! |
|
6169 | 102 | 1 | بسم الله الرحمن الرحيم ألهاكم التكاثر |
| | | (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki, |
|
6170 | 102 | 2 | حتى زرتم المقابر |
| | | Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)]. |
|
6171 | 102 | 3 | كلا سوف تعلمون |
| | | Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! |
|
6172 | 102 | 4 | ثم كلا سوف تعلمون |
| | | Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz! |
|
6173 | 102 | 5 | كلا لو تعلمون علم اليقين |
| | | Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)! |
|
6174 | 102 | 6 | لترون الجحيم |
| | | (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz! |
|
6175 | 102 | 7 | ثم لترونها عين اليقين |
| | | Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz! |
|
6176 | 102 | 8 | ثم لتسألن يومئذ عن النعيم |
| | | Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! |
|