نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6136 | 98 | 6 | إن الذين كفروا من أهل الكتاب والمشركين في نار جهنم خالدين فيها أولئك هم شر البرية |
| | | Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir. |
|
6137 | 98 | 7 | إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية |
| | | Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. |
|
6138 | 98 | 8 | جزاؤهم عند ربهم جنات عدن تجري من تحتها الأنهار خالدين فيها أبدا رضي الله عنهم ورضوا عنه ذلك لمن خشي ربه |
| | | Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! |
|
6139 | 99 | 1 | بسم الله الرحمن الرحيم إذا زلزلت الأرض زلزالها |
| | | Yer titrəyib lərzəyə gələcəyi zaman; |
|
6140 | 99 | 2 | وأخرجت الأرض أثقالها |
| | | Yer öz yükünü bayıra atacağı |
|
6141 | 99 | 3 | وقال الإنسان ما لها |
| | | və insan: “Ona nə olub?”– deyəcəyi zaman – |
|
6142 | 99 | 4 | يومئذ تحدث أخبارها |
| | | həmin gün yer öz əhvalatlarını danışacaqdır. |
|
6143 | 99 | 5 | بأن ربك أوحى لها |
| | | Çünki Rəbbin ona vəhy edəcəkdir. |
|
6144 | 99 | 6 | يومئذ يصدر الناس أشتاتا ليروا أعمالهم |
| | | O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. |
|
6145 | 99 | 7 | فمن يعمل مثقال ذرة خيرا يره |
| | | Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. |
|