نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6125 | 96 | 19 | كلا لا تطعه واسجد واقترب |
| | | Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! |
|
6126 | 97 | 1 | بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر |
| | | Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! |
|
6127 | 97 | 2 | وما أدراك ما ليلة القدر |
| | | (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! |
|
6128 | 97 | 3 | ليلة القدر خير من ألف شهر |
| | | Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). |
|
6129 | 97 | 4 | تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر |
| | | O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. |
|
6130 | 97 | 5 | سلام هي حتى مطلع الفجر |
| | | O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) |
|
6131 | 98 | 1 | بسم الله الرحمن الرحيم لم يكن الذين كفروا من أهل الكتاب والمشركين منفكين حتى تأتيهم البينة |
| | | Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər. |
|
6132 | 98 | 2 | رسول من الله يتلو صحفا مطهرة |
| | | (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır). |
|
6133 | 98 | 3 | فيها كتب قيمة |
| | | O səhifələrdə doğru-dürüst hökmlər vardır. |
|
6134 | 98 | 4 | وما تفرق الذين أوتوا الكتاب إلا من بعد ما جاءتهم البينة |
| | | Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı). |
|