نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6095 | 94 | 5 | فإن مع العسر يسرا |
| | | Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) |
|
6096 | 94 | 6 | إن مع العسر يسرا |
| | | Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) |
|
6097 | 94 | 7 | فإذا فرغت فانصب |
| | | (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) |
|
6098 | 94 | 8 | وإلى ربك فارغب |
| | | Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!) |
|
6099 | 95 | 1 | بسم الله الرحمن الرحيم والتين والزيتون |
| | | And olsun əncirə və zeytuna; |
|
6100 | 95 | 2 | وطور سينين |
| | | And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; |
|
6101 | 95 | 3 | وهذا البلد الأمين |
| | | And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, |
|
6102 | 95 | 4 | لقد خلقنا الإنسان في أحسن تقويم |
| | | Biz insanı ən gözəl biçimdə yaratdıq! |
|
6103 | 95 | 5 | ثم رددناه أسفل سافلين |
| | | Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! |
|
6104 | 95 | 6 | إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون |
| | | Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir. |
|