نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6080 | 93 | 1 | بسم الله الرحمن الرحيم والضحى |
| | | And olsun səhərə! |
|
6081 | 93 | 2 | والليل إذا سجى |
| | | And olsun sakitləşən gecəyə! |
|
6082 | 93 | 3 | ما ودعك ربك وما قلى |
| | | Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu. |
|
6083 | 93 | 4 | وللآخرة خير لك من الأولى |
| | | Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir. |
|
6084 | 93 | 5 | ولسوف يعطيك ربك فترضى |
| | | Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan. |
|
6085 | 93 | 6 | ألم يجدك يتيما فآوى |
| | | Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? |
|
6086 | 93 | 7 | ووجدك ضالا فهدى |
| | | Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? |
|
6087 | 93 | 8 | ووجدك عائلا فأغنى |
| | | Kasıb olduğun zaman səni varlandırmadımı? |
|
6088 | 93 | 9 | فأما اليتيم فلا تقهر |
| | | Elə isə yetimə xor baxma! |
|
6089 | 93 | 10 | وأما السائل فلا تنهر |
| | | Səndən kömək diləyəni qovma! |
|