نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6065 | 92 | 7 | فسنيسره لليسرى |
| | | Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! |
|
6066 | 92 | 8 | وأما من بخل واستغنى |
| | | Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, |
|
6067 | 92 | 9 | وكذب بالحسنى |
| | | Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, |
|
6068 | 92 | 10 | فسنيسره للعسرى |
| | | Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) |
|
6069 | 92 | 11 | وما يغني عنه ماله إذا تردى |
| | | (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. |
|
6070 | 92 | 12 | إن علينا للهدى |
| | | Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir). |
|
6071 | 92 | 13 | وإن لنا للآخرة والأولى |
| | | Axirət də Bizim, dünya da Bizimdir! |
|
6072 | 92 | 14 | فأنذرتكم نارا تلظى |
| | | (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. |
|
6073 | 92 | 15 | لا يصلاها إلا الأشقى |
| | | Ora ancaq azğın (kafir) daxil olar. |
|
6074 | 92 | 16 | الذي كذب وتولى |
| | | O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! |
|