نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
6024 | 90 | 1 | بسم الله الرحمن الرحيم لا أقسم بهذا البلد |
| | | And içirəm bu şəhərə (Məkkəyə) - |
|
6025 | 90 | 2 | وأنت حل بهذا البلد |
| | | Sənin yaşadığın (sənə halal olan) şəhərə; |
|
6026 | 90 | 3 | ووالد وما ولد |
| | | And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, |
|
6027 | 90 | 4 | لقد خلقنا الإنسان في كبد |
| | | Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) |
|
6028 | 90 | 5 | أيحسب أن لن يقدر عليه أحد |
| | | Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? |
|
6029 | 90 | 6 | يقول أهلكت مالا لبدا |
| | | Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir? |
|
6030 | 90 | 7 | أيحسب أن لم يره أحد |
| | | Məgər o heç kəsin onu görmədiyini güman edir?! |
|
6031 | 90 | 8 | ألم نجعل له عينين |
| | | Məgər Biz ona iki göz vermədikmi?! |
|
6032 | 90 | 9 | ولسانا وشفتين |
| | | Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! |
|
6033 | 90 | 10 | وهديناه النجدين |
| | | Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! |
|