نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5968 | 88 | 1 | بسم الله الرحمن الرحيم هل أتاك حديث الغاشية |
| | | (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
|
5969 | 88 | 2 | وجوه يومئذ خاشعة |
| | | (O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
|
5970 | 88 | 3 | عاملة ناصبة |
| | | (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
|
5971 | 88 | 4 | تصلى نارا حامية |
| | | Yanar oda girəcəkdir; |
|
5972 | 88 | 5 | تسقى من عين آنية |
| | | Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. |
|
5973 | 88 | 6 | ليس لهم طعام إلا من ضريع |
| | | Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. |
|
5974 | 88 | 7 | لا يسمن ولا يغني من جوع |
| | | (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. |
|
5975 | 88 | 8 | وجوه يومئذ ناعمة |
| | | (O gün) bir çox üzlər sevinəcək; |
|
5976 | 88 | 9 | لسعيها راضية |
| | | (Dünyadakı) zəhmətindən razı qalacaq; |
|
5977 | 88 | 10 | في جنة عالية |
| | | (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, |
|