نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5917 | 85 | 8 | وما نقموا منهم إلا أن يؤمنوا بالله العزيز الحميد |
| | | Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. |
|
5918 | 85 | 9 | الذي له ملك السماوات والأرض والله على كل شيء شهيد |
| | | O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! |
|
5919 | 85 | 10 | إن الذين فتنوا المؤمنين والمؤمنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق |
| | | Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. |
|
5920 | 85 | 11 | إن الذين آمنوا وعملوا الصالحات لهم جنات تجري من تحتها الأنهار ذلك الفوز الكبير |
| | | İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! |
|
5921 | 85 | 12 | إن بطش ربك لشديد |
| | | Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! |
|
5922 | 85 | 13 | إنه هو يبدئ ويعيد |
| | | Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! |
|
5923 | 85 | 14 | وهو الغفور الودود |
| | | (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. |
|
5924 | 85 | 15 | ذو العرش المجيد |
| | | Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! |
|
5925 | 85 | 16 | فعال لما يريد |
| | | O, istədiyini edəndir. |
|
5926 | 85 | 17 | هل أتاك حديث الجنود |
| | | (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- |
|