نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5912 | 85 | 3 | وشاهد ومشهود |
| | | And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, |
|
5913 | 85 | 4 | قتل أصحاب الأخدود |
| | | (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər. |
|
5914 | 85 | 5 | النار ذات الوقود |
| | | O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. |
|
5915 | 85 | 6 | إذ هم عليها قعود |
| | | O zaman onlar (xəndəklərin) kənarında oturub, |
|
5916 | 85 | 7 | وهم على ما يفعلون بالمؤمنين شهود |
| | | (Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. |
|
5917 | 85 | 8 | وما نقموا منهم إلا أن يؤمنوا بالله العزيز الحميد |
| | | Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. |
|
5918 | 85 | 9 | الذي له ملك السماوات والأرض والله على كل شيء شهيد |
| | | O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! |
|
5919 | 85 | 10 | إن الذين فتنوا المؤمنين والمؤمنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق |
| | | Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. |
|
5920 | 85 | 11 | إن الذين آمنوا وعملوا الصالحات لهم جنات تجري من تحتها الأنهار ذلك الفوز الكبير |
| | | İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! |
|
5921 | 85 | 12 | إن بطش ربك لشديد |
| | | Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! |
|