نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5889 | 84 | 5 | وأذنت لربها وحقت |
| | | Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)! |
|
5890 | 84 | 6 | يا أيها الإنسان إنك كادح إلى ربك كدحا فملاقيه |
| | | Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!) |
|
5891 | 84 | 7 | فأما من أوتي كتابه بيمينه |
| | | Kimin əməl dəftəri sağ əlinə verilmişsə, |
|
5892 | 84 | 8 | فسوف يحاسب حسابا يسيرا |
| | | Onun yüngül haqq-hesab çəkiləcək |
|
5893 | 84 | 9 | وينقلب إلى أهله مسرورا |
| | | Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! |
|
5894 | 84 | 10 | وأما من أوتي كتابه وراء ظهره |
| | | Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, |
|
5895 | 84 | 11 | فسوف يدعو ثبورا |
| | | O: “Ay öldüm!” – deyə şivən qopardacaq, |
|
5896 | 84 | 12 | ويصلى سعيرا |
| | | Və Cəhənnəmə vasil olacaqdır! |
|
5897 | 84 | 13 | إنه كان في أهله مسرورا |
| | | O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi. |
|
5898 | 84 | 14 | إنه ظن أن لن يحور |
| | | Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır. |
|