نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5854 | 83 | 6 | يوم يقوم الناس لرب العالمين |
| | | O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
|
5855 | 83 | 7 | كلا إن كتاب الفجار لفي سجين |
| | | Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
|
5856 | 83 | 8 | وما أدراك ما سجين |
| | | Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
|
5857 | 83 | 9 | كتاب مرقوم |
| | | O, yazılı bir kitabdır! |
|
5858 | 83 | 10 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına yalan sayanların! |
|
5859 | 83 | 11 | الذين يكذبون بيوم الدين |
| | | O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
|
5860 | 83 | 12 | وما يكذب به إلا كل معتد أثيم |
| | | Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
|
5861 | 83 | 13 | إذا تتلى عليه آياتنا قال أساطير الأولين |
| | | Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər. |
|
5862 | 83 | 14 | كلا بل ران على قلوبهم ما كانوا يكسبون |
| | | Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
|
5863 | 83 | 15 | كلا إنهم عن ربهم يومئذ لمحجوبون |
| | | Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
|