نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5846 | 82 | 17 | وما أدراك ما يوم الدين |
| | | (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?! |
|
5847 | 82 | 18 | ثم ما أدراك ما يوم الدين |
| | | Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!) |
|
5848 | 82 | 19 | يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله |
| | | O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır! |
|
5849 | 83 | 1 | بسم الله الرحمن الرحيم ويل للمطففين |
| | | Vay halına çəkidə və ölçüdə aldadanların! |
|
5850 | 83 | 2 | الذين إذا اكتالوا على الناس يستوفون |
| | | O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
|
5851 | 83 | 3 | وإذا كالوهم أو وزنوهم يخسرون |
| | | Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
|
5852 | 83 | 4 | ألا يظن أولئك أنهم مبعوثون |
| | | Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
|
5853 | 83 | 5 | ليوم عظيم |
| | | Özü də dəhşətli bir gündə?! |
|
5854 | 83 | 6 | يوم يقوم الناس لرب العالمين |
| | | O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
|
5855 | 83 | 7 | كلا إن كتاب الفجار لفي سجين |
| | | Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
|