نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5827 | 81 | 27 | إن هو إلا ذكر للعالمين |
| | | O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. |
|
5828 | 81 | 28 | لمن شاء منكم أن يستقيم |
| | | Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. |
|
5829 | 81 | 29 | وما تشاءون إلا أن يشاء الله رب العالمين |
| | | (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |
|
5830 | 82 | 1 | بسم الله الرحمن الرحيم إذا السماء انفطرت |
| | | Göy parçalanacağı zaman; |
|
5831 | 82 | 2 | وإذا الكواكب انتثرت |
| | | Ulduzlar dağılıb səpələnəcəyi zaman; |
|
5832 | 82 | 3 | وإذا البحار فجرت |
| | | Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; |
|
5833 | 82 | 4 | وإذا القبور بعثرت |
| | | Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; |
|
5834 | 82 | 5 | علمت نفس ما قدمت وأخرت |
| | | Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir! |
|
5835 | 82 | 6 | يا أيها الإنسان ما غرك بربك الكريم |
| | | Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? |
|
5836 | 82 | 7 | الذي خلقك فسواك فعدلك |
| | | O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. |
|