نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5772 | 80 | 14 | مرفوعة مطهرة |
| | | (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz). |
|
5773 | 80 | 15 | بأيدي سفرة |
| | | (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir). |
|
5774 | 80 | 16 | كرام بررة |
| | | (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər. |
|
5775 | 80 | 17 | قتل الإنسان ما أكفره |
| | | Ölsün (kafir) insan! O nə nankordur! |
|
5776 | 80 | 18 | من أي شيء خلقه |
| | | (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı? |
|
5777 | 80 | 19 | من نطفة خلقه فقدره |
| | | (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. |
|
5778 | 80 | 20 | ثم السبيل يسره |
| | | Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. |
|
5779 | 80 | 21 | ثم أماته فأقبره |
| | | Sonra onu öldürüb qəbrə qoydu. |
|
5780 | 80 | 22 | ثم إذا شاء أنشره |
| | | Sonra da istədiyi vaxt onu dirildəcəkdir. |
|
5781 | 80 | 23 | كلا لما يقض ما أمره |
| | | Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir. |
|