نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5734 | 79 | 22 | ثم أدبر يسعى |
| | | Sonra da üz döndərib fəsad törətməyə girişdi. |
|
5735 | 79 | 23 | فحشر فنادى |
| | | O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək |
|
5736 | 79 | 24 | فقال أنا ربكم الأعلى |
| | | dedi: “Sizin ən uca rəbbiniz mənəm!” |
|
5737 | 79 | 25 | فأخذه الله نكال الآخرة والأولى |
| | | Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı. |
|
5738 | 79 | 26 | إن في ذلك لعبرة لمن يخشى |
| | | Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var. |
|
5739 | 79 | 27 | أأنتم أشد خلقا أم السماء بناها |
| | | Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu, |
|
5740 | 79 | 28 | رفع سمكها فسواها |
| | | onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, |
|
5741 | 79 | 29 | وأغطش ليلها وأخرج ضحاها |
| | | gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. |
|
5742 | 79 | 30 | والأرض بعد ذلك دحاها |
| | | Sonra yeri döşəyib, |
|
5743 | 79 | 31 | أخرج منها ماءها ومرعاها |
| | | onda su və otlaq yaratdı, |
|