نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5717 | 79 | 5 | فالمدبرات أمرا |
| | | And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)! |
|
5718 | 79 | 6 | يوم ترجف الراجفة |
| | | O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək), |
|
5719 | 79 | 7 | تتبعها الرادفة |
| | | Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir). |
|
5720 | 79 | 8 | قلوب يومئذ واجفة |
| | | O gün ürəklər qorxub titrəyəcək, |
|
5721 | 79 | 9 | أبصارها خاشعة |
| | | Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir. |
|
5722 | 79 | 10 | يقولون أإنا لمردودون في الحافرة |
| | | (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: “Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! |
|
5723 | 79 | 11 | أإذا كنا عظاما نخرة |
| | | Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” |
|
5724 | 79 | 12 | قالوا تلك إذا كرة خاسرة |
| | | Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur). |
|
5725 | 79 | 13 | فإنما هي زجرة واحدة |
| | | (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)! |
|
5726 | 79 | 14 | فإذا هم بالساهرة |
| | | Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar! |
|