نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5701 | 78 | 29 | وكل شيء أحصيناه كتابا |
| | | Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik). |
|
5702 | 78 | 30 | فذوقوا فلن نزيدكم إلا عذابا |
| | | İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq! |
|
5703 | 78 | 31 | إن للمتقين مفازا |
| | | Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), |
|
5704 | 78 | 32 | حدائق وأعنابا |
| | | Bağçalar və üzüm bağları, |
|
5705 | 78 | 33 | وكواعب أترابا |
| | | Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. |
|
5706 | 78 | 34 | وكأسا دهاقا |
| | | (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! |
|
5707 | 78 | 35 | لا يسمعون فيها لغوا ولا كذابا |
| | | Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. |
|
5708 | 78 | 36 | جزاء من ربك عطاء حسابا |
| | | (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir - |
|
5709 | 78 | 37 | رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا |
| | | Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar! |
|
5710 | 78 | 38 | يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا |
| | | Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir! |
|