نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5674 | 78 | 2 | عن النبإ العظيم |
| | | Böyük bir xəbər barəsində – |
|
5675 | 78 | 3 | الذي هم فيه مختلفون |
| | | elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər. |
|
5676 | 78 | 4 | كلا سيعلمون |
| | | Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər! |
|
5677 | 78 | 5 | ثم كلا سيعلمون |
| | | Bir daha xeyr! Onlar hökmən biləcəklər! |
|
5678 | 78 | 6 | ألم نجعل الأرض مهادا |
| | | Məgər Biz yeri yataq etmədikmi? |
|
5679 | 78 | 7 | والجبال أوتادا |
| | | Dağları da payalar?! |
|
5680 | 78 | 8 | وخلقناكم أزواجا |
| | | Biz sizi cüt yaratdıq. |
|
5681 | 78 | 9 | وجعلنا نومكم سباتا |
| | | Yuxunuzu da sizin üçün rahatlıq etdik. |
|
5682 | 78 | 10 | وجعلنا الليل لباسا |
| | | Gecəni örtük etdik, |
|
5683 | 78 | 11 | وجعلنا النهار معاشا |
| | | gündüzü isə ruzi qazanmaq vaxtı. |
|