نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5657 | 77 | 35 | هذا يوم لا ينطقون |
| | | Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. |
|
5658 | 77 | 36 | ولا يؤذن لهم فيعتذرون |
| | | Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. |
|
5659 | 77 | 37 | ويل يومئذ للمكذبين |
| | | Qiyaməti yalan sayanların o gün vay halına! |
|
5660 | 77 | 38 | هذا يوم الفصل جمعناكم والأولين |
| | | Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik! |
|
5661 | 77 | 39 | فإن كان لكم كيد فكيدون |
| | | Əgər hiyləniz varsa, Mənə qarşı işlədin! |
|
5662 | 77 | 40 | ويل يومئذ للمكذبين |
| | | Qiyaməti yalan sayanların o gün vay halına! |
|
5663 | 77 | 41 | إن المتقين في ظلال وعيون |
| | | Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında |
|
5664 | 77 | 42 | وفواكه مما يشتهون |
| | | və istədikləri meyvələr içində olacaqlar. |
|
5665 | 77 | 43 | كلوا واشربوا هنيئا بما كنتم تعملون |
| | | Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için! |
|
5666 | 77 | 44 | إنا كذلك نجزي المحسنين |
| | | Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” |
|