نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5656 | 77 | 34 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
5657 | 77 | 35 | هذا يوم لا ينطقون |
| | | Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. |
|
5658 | 77 | 36 | ولا يؤذن لهم فيعتذرون |
| | | Onlara üzr istəməyə izin də verilməz. |
|
5659 | 77 | 37 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
5660 | 77 | 38 | هذا يوم الفصل جمعناكم والأولين |
| | | Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! |
|
5661 | 77 | 39 | فإن كان لكم كيد فكيدون |
| | | (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! |
|
5662 | 77 | 40 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
5663 | 77 | 41 | إن المتقين في ظلال وعيون |
| | | Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, |
|
5664 | 77 | 42 | وفواكه مما يشتهون |
| | | İstədikləri meyvə içində olacaqlar! |
|
5665 | 77 | 43 | كلوا واشربوا هنيئا بما كنتم تعملون |
| | | (Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! |
|