نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5644 | 77 | 22 | إلى قدر معلوم |
| | | Müəyyən bir vaxta qədər. |
|
5645 | 77 | 23 | فقدرنا فنعم القادرون |
| | | Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! |
|
5646 | 77 | 24 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına (qiyaməti) yalan sayanların! |
|
5647 | 77 | 25 | ألم نجعل الأرض كفاتا |
| | | Məgər Biz yeri məskən etmədikmi |
|
5648 | 77 | 26 | أحياء وأمواتا |
| | | Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). |
|
5649 | 77 | 27 | وجعلنا فيها رواسي شامخات وأسقيناكم ماء فراتا |
| | | Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. |
|
5650 | 77 | 28 | ويل يومئذ للمكذبين |
| | | O gün vay halına (bu ne’mətləri) yalan sayanların! |
|
5651 | 77 | 29 | انطلقوا إلى ما كنتم به تكذبون |
| | | (O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! |
|
5652 | 77 | 30 | انطلقوا إلى ظل ذي ثلاث شعب |
| | | Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” |
|
5653 | 77 | 31 | لا ظليل ولا يغني من اللهب |
| | | O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. |
|