نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5620 | 76 | 29 | إن هذه تذكرة فمن شاء اتخذ إلى ربه سبيلا |
| | | Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar). |
|
5621 | 76 | 30 | وما تشاءون إلا أن يشاء الله إن الله كان عليما حكيما |
| | | (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! |
|
5622 | 76 | 31 | يدخل من يشاء في رحمته والظالمين أعد لهم عذابا أليما |
| | | (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır! |
|
5623 | 77 | 1 | بسم الله الرحمن الرحيم والمرسلات عرفا |
| | | And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); |
|
5624 | 77 | 2 | فالعاصفات عصفا |
| | | And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə); |
|
5625 | 77 | 3 | والناشرات نشرا |
| | | And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara; |
|
5626 | 77 | 4 | فالفارقات فرقا |
| | | And olsun (haqla batili) ayıranlara; |
|
5627 | 77 | 5 | فالملقيات ذكرا |
| | | And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- |
|
5628 | 77 | 6 | عذرا أو نذرا |
| | | (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, |
|
5629 | 77 | 7 | إنما توعدون لواقع |
| | | Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır! |
|