نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5610 | 76 | 19 | ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا |
| | | Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. |
|
5611 | 76 | 20 | وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا |
| | | (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən. |
|
5612 | 76 | 21 | عاليهم ثياب سندس خضر وإستبرق وحلوا أساور من فضة وسقاهم ربهم شرابا طهورا |
| | | (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. |
|
5613 | 76 | 22 | إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا |
| | | (Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!” |
|
5614 | 76 | 23 | إنا نحن نزلنا عليك القرآن تنزيلا |
| | | (Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik. |
|
5615 | 76 | 24 | فاصبر لحكم ربك ولا تطع منهم آثما أو كفورا |
| | | Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə! |
|
5616 | 76 | 25 | واذكر اسم ربك بكرة وأصيلا |
| | | Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!) |
|
5617 | 76 | 26 | ومن الليل فاسجد له وسبحه ليلا طويلا |
| | | Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!) |
|
5618 | 76 | 27 | إن هؤلاء يحبون العاجلة ويذرون وراءهم يوما ثقيلا |
| | | Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər. |
|
5619 | 76 | 28 | نحن خلقناهم وشددنا أسرهم وإذا شئنا بدلنا أمثالهم تبديلا |
| | | Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik. |
|