نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5605 | 76 | 14 | ودانية عليهم ظلالها وذللت قطوفها تذليلا |
| | | (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər). |
|
5606 | 76 | 15 | ويطاف عليهم بآنية من فضة وأكواب كانت قواريرا |
| | | (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. |
|
5607 | 76 | 16 | قوارير من فضة قدروها تقديرا |
| | | Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər. |
|
5608 | 76 | 17 | ويسقون فيها كأسا كان مزاجها زنجبيلا |
| | | Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir. |
|
5609 | 76 | 18 | عينا فيها تسمى سلسبيلا |
| | | (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır. |
|
5610 | 76 | 19 | ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا |
| | | Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. |
|
5611 | 76 | 20 | وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا |
| | | (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən. |
|
5612 | 76 | 21 | عاليهم ثياب سندس خضر وإستبرق وحلوا أساور من فضة وسقاهم ربهم شرابا طهورا |
| | | (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. |
|
5613 | 76 | 22 | إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا |
| | | (Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!” |
|
5614 | 76 | 23 | إنا نحن نزلنا عليك القرآن تنزيلا |
| | | (Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik. |
|