نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5595 | 76 | 4 | إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا |
| | | Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq. |
|
5596 | 76 | 5 | إن الأبرار يشربون من كأس كان مزاجها كافورا |
| | | Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər. |
|
5597 | 76 | 6 | عينا يشرب بها عباد الله يفجرونها تفجيرا |
| | | O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar. |
|
5598 | 76 | 7 | يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا |
| | | Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar. |
|
5599 | 76 | 8 | ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا |
| | | Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. |
|
5600 | 76 | 9 | إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا |
| | | (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. |
|
5601 | 76 | 10 | إنا نخاف من ربنا يوما عبوسا قمطريرا |
| | | Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” |
|
5602 | 76 | 11 | فوقاهم الله شر ذلك اليوم ولقاهم نضرة وسرورا |
| | | Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). |
|
5603 | 76 | 12 | وجزاهم بما صبروا جنة وحريرا |
| | | Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. |
|
5604 | 76 | 13 | متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا |
| | | Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. |
|