نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5554 | 75 | 3 | أيحسب الإنسان ألن نجمع عظامه |
| | | Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! |
|
5555 | 75 | 4 | بلى قادرين على أن نسوي بنانه |
| | | Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! |
|
5556 | 75 | 5 | بل يريد الإنسان ليفجر أمامه |
| | | Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. |
|
5557 | 75 | 6 | يسأل أيان يوم القيامة |
| | | Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. |
|
5558 | 75 | 7 | فإذا برق البصر |
| | | Göz (heyrətdən) bərələcəyi; |
|
5559 | 75 | 8 | وخسف القمر |
| | | Ay tutulacağı; |
|
5560 | 75 | 9 | وجمع الشمس والقمر |
| | | Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - |
|
5561 | 75 | 10 | يقول الإنسان يومئذ أين المفر |
| | | Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. |
|
5562 | 75 | 11 | كلا لا وزر |
| | | Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! |
|
5563 | 75 | 12 | إلى ربك يومئذ المستقر |
| | | O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! |
|