نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5525 | 74 | 30 | عليها تسعة عشر |
| | | Onun üzərində on doqquz gözətçi mələk vardır. |
|
5526 | 74 | 31 | وما جعلنا أصحاب النار إلا ملائكة وما جعلنا عدتهم إلا فتنة للذين كفروا ليستيقن الذين أوتوا الكتاب ويزداد الذين آمنوا إيمانا ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون وليقول الذين في قلوبهم مرض والكافرون ماذا أراد الله بهذا مثلا كذلك يضل الله من يشاء ويهدي من يشاء وما يعلم جنود ربك إلا هو وما هي إلا ذكرى للبشر |
| | | Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. |
|
5527 | 74 | 32 | كلا والقمر |
| | | Xeyr! And olsun aya! |
|
5528 | 74 | 33 | والليل إذ أدبر |
| | | And olsun dönüb uzaqlaşan gecəyə! |
|
5529 | 74 | 34 | والصبح إذا أسفر |
| | | And olsun ağarmaqda olan sübh çağına! |
|
5530 | 74 | 35 | إنها لإحدى الكبر |
| | | Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir, |
|
5531 | 74 | 36 | نذيرا للبشر |
| | | həm bəşəriyyət üçün xəbərdarlıqdır, |
|
5532 | 74 | 37 | لمن شاء منكم أن يتقدم أو يتأخر |
| | | həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün. |
|
5533 | 74 | 38 | كل نفس بما كسبت رهينة |
| | | Hər bir kəs qazandığının girovuna çevrilir, |
|
5534 | 74 | 39 | إلا أصحاب اليمين |
| | | sağ tərəf sahiblərindən başqa. |
|