نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5489 | 73 | 14 | يوم ترجف الأرض والجبال وكانت الجبال كثيبا مهيلا |
| | | O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir. |
|
5490 | 73 | 15 | إنا أرسلنا إليكم رسولا شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا |
| | | Həqiqətən, Biz - Fir’ona peyğəmbər göndərdiyimiz kimi – sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik. |
|
5491 | 73 | 16 | فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا |
| | | Fir’on o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları suda boğduq). |
|
5492 | 73 | 17 | فكيف تتقون إن كفرتم يوما يجعل الولدان شيبا |
| | | Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?! |
|
5493 | 73 | 18 | السماء منفطر به كان وعده مفعولا |
| | | (O gün) göy parçalanaraq, (Allahın) və’di yerinə yetəcəkdir. |
|
5494 | 73 | 19 | إن هذه تذكرة فمن شاء اتخذ إلى ربه سبيلا |
| | | Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!) |
|
5495 | 73 | 20 | إن ربك يعلم أنك تقوم أدنى من ثلثي الليل ونصفه وثلثه وطائفة من الذين معك والله يقدر الليل والنهار علم أن لن تحصوه فتاب عليكم فاقرءوا ما تيسر من القرآن علم أن سيكون منكم مرضى وآخرون يضربون في الأرض يبتغون من فضل الله وآخرون يقاتلون في سبيل الله فاقرءوا ما تيسر منه وأقيموا الصلاة وآتوا الزكاة وأقرضوا الله قرضا حسنا وما تقدموا لأنفسكم من خير تجدوه عند الله هو خيرا وأعظم أجرا واستغفروا الله إن الله غفور رحيم |
| | | (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bə’zən gecənin təqribən üçdə ikisini, bə’zən yarısını, bə’zən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qur’andan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bə’ziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qur’andan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! |
|
5496 | 74 | 1 | بسم الله الرحمن الرحيم يا أيها المدثر |
| | | Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! |
|
5497 | 74 | 2 | قم فأنذر |
| | | Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! |
|
5498 | 74 | 3 | وربك فكبر |
| | | Öz Rəbbini uca tut! |
|