نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5469 | 72 | 22 | قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا |
| | | De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! |
|
5470 | 72 | 23 | إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين فيها أبدا |
| | | (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!” |
|
5471 | 72 | 24 | حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا |
| | | Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər. |
|
5472 | 72 | 25 | قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا |
| | | De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm! |
|
5473 | 72 | 26 | عالم الغيب فلا يظهر على غيبه أحدا |
| | | Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; |
|
5474 | 72 | 27 | إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه ومن خلفه رصدا |
| | | Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki, |
|
5475 | 72 | 28 | ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا |
| | | (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!” |
|
5476 | 73 | 1 | بسم الله الرحمن الرحيم يا أيها المزمل |
| | | Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! |
|
5477 | 73 | 2 | قم الليل إلا قليلا |
| | | Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl! |
|
5478 | 73 | 3 | نصفه أو انقص منه قليلا |
| | | (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az; |
|