نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5466 | 72 | 19 | وأنه لما قام عبد الله يدعوه كادوا يكونون عليه لبدا |
| | | Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. |
|
5467 | 72 | 20 | قل إنما أدعو ربي ولا أشرك به أحدا |
| | | De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!” |
|
5468 | 72 | 21 | قل إني لا أملك لكم ضرا ولا رشدا |
| | | De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!” |
|
5469 | 72 | 22 | قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا |
| | | De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! |
|
5470 | 72 | 23 | إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين فيها أبدا |
| | | Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”. |
|
5471 | 72 | 24 | حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا |
| | | Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər. |
|
5472 | 72 | 25 | قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا |
| | | De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm. |
|
5473 | 72 | 26 | عالم الغيب فلا يظهر على غيبه أحدا |
| | | O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; |
|
5474 | 72 | 27 | إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه ومن خلفه رصدا |
| | | razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki, |
|
5475 | 72 | 28 | ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا |
| | | hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. |
|