نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5453 | 72 | 6 | وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا |
| | | Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər). |
|
5454 | 72 | 7 | وأنهم ظنوا كما ظننتم أن لن يبعث الله أحدا |
| | | Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir. |
|
5455 | 72 | 8 | وأنا لمسنا السماء فوجدناها ملئت حرسا شديدا وشهبا |
| | | Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük. |
|
5456 | 72 | 9 | وأنا كنا نقعد منها مقاعد للسمع فمن يستمع الآن يجد له شهابا رصدا |
| | | Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bə’zi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər. |
|
5457 | 72 | 10 | وأنا لا ندري أشر أريد بمن في الأرض أم أراد بهم ربهم رشدا |
| | | Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. |
|
5458 | 72 | 11 | وأنا منا الصالحون ومنا دون ذلك كنا طرائق قددا |
| | | Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq. |
|
5459 | 72 | 12 | وأنا ظننا أن لن نعجز الله في الأرض ولن نعجزه هربا |
| | | Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik). |
|
5460 | 72 | 13 | وأنا لما سمعنا الهدى آمنا به فمن يؤمن بربه فلا يخاف بخسا ولا رهقا |
| | | Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar. |
|
5461 | 72 | 14 | وأنا منا المسلمون ومنا القاسطون فمن أسلم فأولئك تحروا رشدا |
| | | Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. |
|
5462 | 72 | 15 | وأما القاسطون فكانوا لجهنم حطبا |
| | | (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)” |
|