نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5445 | 71 | 26 | وقال نوح رب لا تذر على الأرض من الكافرين ديارا |
| | | Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! |
|
5446 | 71 | 27 | إنك إن تذرهم يضلوا عبادك ولا يلدوا إلا فاجرا كفارا |
| | | Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər. |
|
5447 | 71 | 28 | رب اغفر لي ولوالدي ولمن دخل بيتي مؤمنا وللمؤمنين والمؤمنات ولا تزد الظالمين إلا تبارا |
| | | Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” |
|
5448 | 72 | 1 | بسم الله الرحمن الرحيم قل أوحي إلي أنه استمع نفر من الجن فقالوا إنا سمعنا قرآنا عجبا |
| | | (Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Qur’anı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Qur’an eşitdik. |
|
5449 | 72 | 2 | يهدي إلى الرشد فآمنا به ولن نشرك بربنا أحدا |
| | | O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. |
|
5450 | 72 | 3 | وأنه تعالى جد ربنا ما اتخذ صاحبة ولا ولدا |
| | | Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! |
|
5451 | 72 | 4 | وأنه كان يقول سفيهنا على الله شططا |
| | | Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş. |
|
5452 | 72 | 5 | وأنا ظننا أن لن تقول الإنس والجن على الله كذبا |
| | | Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz. |
|
5453 | 72 | 6 | وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا |
| | | Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər). |
|
5454 | 72 | 7 | وأنهم ظنوا كما ظننتم أن لن يبعث الله أحدا |
| | | Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir. |
|