نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5431 | 71 | 12 | ويمددكم بأموال وبنين ويجعل لكم جنات ويجعل لكم أنهارا |
| | | var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar. |
|
5432 | 71 | 13 | ما لكم لا ترجون لله وقارا |
| | | Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? |
|
5433 | 71 | 14 | وقد خلقكم أطوارا |
| | | Axı O sizi mərhələlərlə yaratdı. |
|
5434 | 71 | 15 | ألم تروا كيف خلق الله سبع سماوات طباقا |
| | | Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? |
|
5435 | 71 | 16 | وجعل القمر فيهن نورا وجعل الشمس سراجا |
| | | Ayı bir nur, günəşi də çıraq etmişdir. |
|
5436 | 71 | 17 | والله أنبتكم من الأرض نباتا |
| | | Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. |
|
5437 | 71 | 18 | ثم يعيدكم فيها ويخرجكم إخراجا |
| | | Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. |
|
5438 | 71 | 19 | والله جعل لكم الأرض بساطا |
| | | Allah yeri sizin üçün xalı təki döşədi. |
|
5439 | 71 | 20 | لتسلكوا منها سبلا فجاجا |
| | | Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”. |
|
5440 | 71 | 21 | قال نوح رب إنهم عصوني واتبعوا من لم يزده ماله وولده إلا خسارا |
| | | Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. |
|