نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5328 | 69 | 5 | فأما ثمود فأهلكوا بالطاغية |
| | | Səmud tayfası qorxunc bir səslə məhv edildi. |
|
5329 | 69 | 6 | وأما عاد فأهلكوا بريح صرصر عاتية |
| | | Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi. |
|
5330 | 69 | 7 | سخرها عليهم سبع ليال وثمانية أيام حسوما فترى القوم فيها صرعى كأنهم أعجاز نخل خاوية |
| | | Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. |
|
5331 | 69 | 8 | فهل ترى لهم من باقية |
| | | Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi? |
|
5332 | 69 | 9 | وجاء فرعون ومن قبله والمؤتفكات بالخاطئة |
| | | Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər. |
|
5333 | 69 | 10 | فعصوا رسول ربهم فأخذهم أخذة رابية |
| | | Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı. |
|
5334 | 69 | 11 | إنا لما طغى الماء حملناكم في الجارية |
| | | Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq. |
|
5335 | 69 | 12 | لنجعلها لكم تذكرة وتعيها أذن واعية |
| | | Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik. |
|
5336 | 69 | 13 | فإذا نفخ في الصور نفخة واحدة |
| | | Sur bircə dəfə üfürüləcəyi, |
|
5337 | 69 | 14 | وحملت الأرض والجبال فدكتا دكة واحدة |
| | | yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – |
|