نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5325 | 69 | 2 | ما الحاقة |
| | | Nədir qiyamət?! |
|
5326 | 69 | 3 | وما أدراك ما الحاقة |
| | | Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) |
|
5327 | 69 | 4 | كذبت ثمود وعاد بالقارعة |
| | | Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! |
|
5328 | 69 | 5 | فأما ثمود فأهلكوا بالطاغية |
| | | Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. |
|
5329 | 69 | 6 | وأما عاد فأهلكوا بريح صرصر عاتية |
| | | Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. |
|
5330 | 69 | 7 | سخرها عليهم سبع ليال وثمانية أيام حسوما فترى القوم فيها صرعى كأنهم أعجاز نخل خاوية |
| | | Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. |
|
5331 | 69 | 8 | فهل ترى لهم من باقية |
| | | İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! |
|
5332 | 69 | 9 | وجاء فرعون ومن قبله والمؤتفكات بالخاطئة |
| | | Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. |
|
5333 | 69 | 10 | فعصوا رسول ربهم فأخذهم أخذة رابية |
| | | Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. |
|
5334 | 69 | 11 | إنا لما طغى الماء حملناكم في الجارية |
| | | Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. |
|